Azərbaycanda sərnişin və yük daşımaları artmaqda davam edir

Azərbaycanda sərnişin və yük daşımaları artmaqda davam edir
# 17 iyun 2022 15:22 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 10,3% və 39,7% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 85,2 mln. ton yük daşınıb. Yüklərin 3,4%-i dəniz, 8,2%-i dəmir yolu, 0,3%-i hava, 56,4%-i avtomobil nəqliyyatı, 31,7%-i isə boru kəməri ilə daşınıb.

Məlumata görə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 10,9% artmış, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,6% təşkil edib.

“2022-ci ilin yanvar-may aylarında nəqliyyatçılar 624,4 mln.sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 86,5%-i avtomobil nəqliyyatı, 13,1%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR