Azərbaycanda startaplar kateqoriyalaşdırılacaq

Azərbaycanda startaplar kateqoriyalaşdırılacaq
# 15 oktyabr 2019 11:33 (UTC +04:00)

Azərbaycanda startaplarla işi daha sistemli etmək məqsədilə onların həcmlərinə uyğun İnnovasiya Agentliyi daxilində kateqoriyalaşdırma aparılacaq.

Bunu “APA-Economics”ə İnnovasiya Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli deyib.

Onun sözlərinə görə, elə startap var ki, onların bir neçə milyon manatlıq dövriyyəsi var, elə də startap mövcuddur ki, hazırda hələ başlanğıc mərhələdədir.

“Startapları kateqoriyalaşdıraraq, onlara təyinatlı dəstəyin verilməsini daha da effektiv edə bilərik”, - deyə T. Kərinmli qeyd edib.

Qeyd edək ki, İnnovasiyalar Agentliyinin ilkin nizamnamə fondu 500 min manat müəyyən edilib və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.

Agentliyin fəaliyyətinin məqsədi, innovasiya potensialından səmərəli istifadə etmək, innovativ elmi tədqiqatların və layihələrin ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması əsasında dayanıqlı inkişafı təmin etmək, innovativ inkişaf sahəsində səmərəliliyi artırmaq, sahibkarlığın və cəmiyyətin mənafeyi üçün elm əsaslı innovasiyaları təşviq etmək və müvafiq sahədə fəaliyyət göstərməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR