Azərbaycanda startap və investorlar üçün onlayn platforma yaradılıb

Azərbaycanda startap və investorlar üçün onlayn platforma yaradılıb
# 12 noyabr 2019 10:55 (UTC +04:00)

Azərbaycanda ilk dəfə olaraq startap və investorlar üçün onlayn platforma yaradılıb.

Bunu “APA-Economics”ə layihənin rəhbəri Emin Sultanov deyib.

Onun sözlərinə görə, söhbət investor və sahibkarlar arasında investisiya əlaqələrini yaxşılaşdırmaq məqsədi ilə yaradılan investme.az adlı axtarış portalından gedir.

“Bu platforma sahibkarlara layihələrin qurulması, satılması və ya inkişaf etdirilməsi üçün investisiya cəlb etməyə imkan yaradacaq. Maraqlı ideya axtarışında olan investorlar layihələri maliyyələşdirə və yaxud hazır şirkət ala bilərlər. Yeni platforma startapçıları və inversorları bir araya gətirmək məqsədi ilə yaradılıb. Riskləri minimuma endirmək məqsədilə hər iki tərəf hüquqi indentifikasiyadan keçəcək”, - deyə E. Sultanov qeyd edib.

Layihə rəhbəri əlavə edib ki, platformaya qoşulan startaplar təhlil olunacaq və maliyyə nəzarətinə alınacaq. Bu, həm onların məsuliyyətini artıracaq, həm də layihələrin icrasına yatırılan sərmayələrə nəzarət etməyə imkan yaradacaq.

“Yayınma halları olduğu təqdirdə yarana biləcək potensial risklər barədə həm investorlar, həm də startapçılar dərhal məlumatlandırılacaq. Məqsədimiz bu platformaya yerli və xarici investisiya fondlarını və bankları cəlb etməkdir ki, bu istiqamətdə artıq danışıqlar aparılır”, - deyə E. Sultanov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR