Noyabrda Azərbaycanda sterilizasiya qurğusu istifadəyə veriləcək

Noyabrda Azərbaycanda sterilizasiya qurğusu istifadəyə veriləcək
# 29 oktyabr 2019 12:05 (UTC +04:00)

Azərbaycanda sterilizasiya qurğusu gələn ay istismara veriləcəyi gözlənilir.

"APA-Economics"in əldə etdiyi məlumata gərə, qurğunu oktyabr ayında istismara veriləcəyi proqnozlaşdırılsa da, Macarıstandan Azərbaycana səfər edəcək mütəxəssislərin iş qrafikinə dəyişiklik edildiyindən, müddət noyabr ayına uzadıldı.

Noyabr ayında sterilizasiya qurğusunun istismara verilməsi ilə bağlı rəsmi açılış mərasimi gözlənilir. Qurğunun işə salınması üçün zəruri olan izotoplar artıq yüklənilib və qurğu tam olaraq istismara hazır vəziyyətdədir.

Qeyd edək ki, Azərbaycan tərəfi layihəni Beynəlxalq Atom Enerjisi Agentliyi ilə texniki əməkdaşlıq proqramı çərçivəsində birgə həyata keçirib. Layihənin icrasına 6 mln. manat investisiya yatırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR