Azərbaycanda televiziya və radio kanallarının sayı azalıb

Azərbaycanda televiziya və radio kanallarının sayı azalıb
# 28 iyul 2022 14:33 (UTC +04:00)

2021-ci ilin yekunlarına əsasən Azərbaycanda kabel televiziyasına qoşulmaların sayı (2020-ci illə müqayisədə) 9,6% artaraq bu il yanvarın 1-nə 178 045 abunəçi təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, hesabat dövründə İPTV abunəçilərinin sayında azalma qeydə alınıb. Belə ki, bu kateqoriyadan olan qoşulmaların sayı 28,7% azalaraq, bu ilin yanvarın 1-nə 11 494 təşkil edib.

Həmçinin bildirilir ki, 2021-ci ildə ölkə üzrə əlavə olaraq 6 radio-televiziya stansiyası (ümumi say 183 ədəd), 8 televiziya vericisi (ümumi say 273 ədəd) və 7 yeni radio vericisi (ümumi say 144 ədəd) istismara verilib.

İl ərzində televiziya və radio kanallarının sayında azalma qeydə alınıb. Belə ki, 2020-ci ildə TV kanallarının sayı 26, radio kanalların sayı 18 olubsa, 2021-ci ilin sonuna bu göstəricilər müvafiq olaraq 24 və 16 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR