Azərbaycanda üç ilə evlərin 100%-i yüksək sürətli internetlə təmin ediləcək

Azərbaycanda üç ilə evlərin 100%-i yüksək sürətli internetlə təmin ediləcək
# 08 yanvar 2022 15:53 (UTC +04:00)

Ötən il Azərbaycanda 150 min ev təsərrüfatında müasir yüksək sürətli internetə imkan verə bilən fiber-optik xətlər çəkilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, 2024-cü ilin sonunadək evlərin 100 faizi müasir texnologiyalarla yüksək sürətli internetlə təmin ediləcək.

Məlumata görə, işğaldan azad olunmuş ərazilərdə ötən il ərzində təxminən 50 faiz ərazidə “4G” mobil texnologiyaların şəbəkəsi qurulub, 35 faiz teleradio yayımı bərpa edilib, 4 istiqamətdə poçt xidmətlərinin göstərilməsinə başlanılıb. Eyni zamanda, 1400 km uzunluğunda fiber-optik xətlərin çəkilişi davam etdirilir. Hazırda 1500 km-dən çox avtomobil yollarının, 3 hava limanının, regionu digər regionlarla bağlayan strateji dəmir yollarının inşası üzrə işlər davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR