Azərbaycanda vahid taksi xidmətinin olması planlaşdırılmır

Azərbaycanda vahid taksi xidmətinin olması planlaşdırılmır
# 09 dekabr 2022 12:05 (UTC +04:00)

"Vahid taksi xidmətinin yaradılması ilə bağlı ümumiyyətlə söhbət və ya müzakirələr getmir. Bir şirkətin olması planlaşdırılmır".

APA-Economics” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

“Lakin vahid standartlar əsasında, vahid tələblər əsasında taksi xidmətinin qurulması və bununla bağlı bütün şirkətlər üçün vahid norma və standartlar olmalıdır. Məqsədimiz budur ki, bügünkü gündə bu fəaliyyətlə məşğul olan taksilər icazə sistemində qeydiyyatdan keçmədən fəaliyyət göstərməsin. İcazə sisteminin olması və tələblərin qoyulması avtomobilin vəziyyəti, sürücülərin iş saatının hətta fundamentini qurur”, - deyə nazir müavini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR