Azərbaycanda yeni milli etalon laboratoriyaları yaradılacaq

Azərbaycanda yeni milli etalon laboratoriyaları yaradılacaq
# 23 sentyabr 2022 14:20 (UTC +04:00)

“Azərbaycan Metrologiya İnstitutu” (AzMİ) tərəfindən milli etalon bazasının təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində yeni layihəyə start verilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, metrologiya sahəsində ölçmə imkanlarının artırılması məqsədilə həyata keçirilən layihəyə uyğun olaraq, yaradılacaq laboratoriyalarda sənaye və digər sahələrdə dəqiq ölçmələrin əhatə dairəsi genişlənəcək.

Layihə çərçivəsində həmçinin, AZMİ ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) arasında əməkdaşlıq edilir, ixtisaslı kadrların hazırlanması məqsədilə təlimlər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR