Azərbaycanda yük və sərnişin daşımaları artıb

Azərbaycanda yük və sərnişin daşımaları artıb
# 12 avqust 2022 16:26 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,7 faiz və 37,6 faiz artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 120,5 mln. ton yük daşınılıb.

“Yüklərin 3,6%-i dəniz, 8,4%-i dəmir yolu, 0,2%-i hava, 56,7%-i avtomobil nəqliyyatı, 31,1%-i isə boru kəməri ilə daşınıb. Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 11,7% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,7% təşkil edib”, - məlumatda qeyd olunur.

Məlumata görə, 2022-ci ilin yanvar-iyul aylarında nəqliyyatçılar 894,9 mln. sərnişinə xidmət göstərilib. Sərnişinlərin 86,8%-i avtomobil nəqliyyatı, 12,8%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR