Azərbaycanda yuk və sərnişin daşımaları artır

Azərbaycanda yuk və sərnişin daşımaları artır
# 16 noyabr 2022 14:33 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,6% və 37,4% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 176,7 mln. ton yük daşınıb.

“Yüklərin 3,6%-i dəniz, 8,7%-i dəmir yolu, 0,2%-i hava, 57%-i avtomobil nəqliyyatı, 30,5%-i isə boru kəməri ilə daşınıb”, - məlumatda qeyd olunur.

Məlumata görə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 12,4% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78% təşkil edib.

“2022-ci ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1318,2 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 86,9%-i avtomobil nəqliyyatı, 12,7%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb”, - məlumatda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR