Azərbaycanda yük və sərnişin daşımaları azalıb

Azərbaycanda yük və sərnişin daşımaları azalıb
# 15 sentyabr 2021 09:53 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 124,4 mln. ton yük daşınıb, bu da illik müqayisədə 1,4% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, uüklərin 3%-i dəniz, 7,8%-i dəmir yolu, 0,3%-i hava, 57-i avtomobil nəqliyyatı, 31,9%-i isə boru kəməri ilə daşınıb.

Məlumata görə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,4% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,8% təşkil edib.

Hesabat dövründə nəqliyyatçılar 744,5 mln. sərnişinə xidmət göstərilib, bu da 11,8% azalma deməkdir. Sərnişinlərin 95,8%-i avtomobil nəqliyyatı, 3,9%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR