Azərbaycandan Gürcüstana ixrac edilən tikinti materiallarının həcmi artıb

Azərbaycandan Gürcüstana ixrac edilən tikinti materiallarının həcmi artıb
# 19 iyun 2019 12:52 (UTC +04:00)

2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycanın Gürcüstana ixrac etdiyi tikinti materiallarının həcmi artıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisinin hesabatında məlumat verilib. Bildirilib ki, cari ilin yanvar-may ayları ərzində Azərbaycan bu ölkəyə ümumi dəyəri 8 milyon 733 min 900 AB dolları olan 155 min 162.4 ton sement ixrac edib. Ötən ilin hesabat dövründə isə ixrac edilən sementin həcmi 138 min 817.6 ton, ümumi dəyəri 7 milyon 28 min 100 ABŞ dolları təşkil edib.

Hesabatda qeyd olunub ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycandan Gürcüstanda 10 min 416.1 ton həcmində ümumi dəyəri 4 milyon 882 min 900 ABŞ dolları olan dəmir çubuqlar ixrac edilib. Ötən ilin analoji dövründə isə 5006.3 ton həcmində ixrac edilən bu məhsulların ümumi dəyəri 2 milyon 763 min 600 ABŞ dolları təşkil etdib.

Sənəddə qeyd olunub ki, cari ilin yanvar-may ayları ərzində Azərbaycandan Gürcüstana ixrac edilən məhsulların ümumi dəyəri 266 milyon 806 min 100 ABŞ dolları təşkil edib. Ötən il isə bu rəqəm 270 milyon 776 min 300 ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR