Azərbaycanın 37 rayonunda elektron kadastr uçotu işləri başa çatdırılıb

Azərbaycanın 37 rayonunda elektron kadastr uçotu işləri başa çatdırılıb
# 11 iyul 2019 12:24 (UTC +04:00)

Azərbaycanın 37 rayonunda elektron kadastr uçotu işləri yekunlaşıb. Bunların 26-da isə elektron kadastr uçotu işlərinin real nəticələrindən istifadə edilir.

"APA-Economics"in məlumatına görə, bu barədə Avstriyanın Metrologiya və Mərzçəkmə Federal Qurumunun prezidenti Vernherr Hoffmann və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov arasında bu gün Bakıda keçirilən görüş zamanı bildirilib.

Görüşdə qeyd olunub ki, indiyədək aparılan uçot işi 3,5 mln. hektara yaxın ərazini əhatə edir. Torpaqların elektron kadastr uçotu işləri nəticəsində respublikada torpaqların təyinatı, istifadə növü üzrə dəqiq kadastr uçotunun aparılmasına nail olunacaq, əmlak üzərində hüquqların dövlət qeydiyyatı işi daha da sadələşəcək, o cümlədən torpaq ehtiyatlarının idarə edilməsinin, əmlak münasibətlərinin tənzimlənməsinin dövlət mexanizmi təkmilləşəcək, əmlak üzərində dövlət nəzarəti mexanizmi daha çevik olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR