Azərbaycanın 42 rayonunda torpaqların elektron kadastr uçotu yekunlaşıb

Azərbaycanın 42 rayonunda torpaqların elektron kadastr uçotu yekunlaşıb
# 18 oktyabr 2019 10:25 (UTC +04:00)

Azərbaycan üzrə 3,8 mln. hektar ərazini əhatə edən 6 şəhər və 42 rayonda torpaqların elektron kadastr uçotu işləri yekunlaşdırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, kadastr uçot işləri yekunlaşmış rayonlarda görülən işlərin nəticələri praktiki istifadə üçün elektron şəkildə yerli icra hakimiyyətlərinin istifadəsinə verilib.
Ümumilikdə torpaqların elektron kadastr uçotu işi 6 şəhər və 51 rayonu əhatə edir. Torpaq parsellərinin sayı 4,9 mln. ədəddir.
Kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.
Paralel olaraq, torpağın keyfiyyət göstəriciləri də öyrənilərək, toplanmış məlumatlar elektron bazaya daxil edilir. Yay otlaqlarının geobotanik, torpaqların eroziya xəritələri tərtib edilir ki, bu xəritələr vasitəsilə də ərazilərin münbitliyi, torpaqların isə şorlaşmaya məruz qalması öyrənilir.
Azərbaycanda bələdiyyə hüdudları daxilində 49 rayonda çöl-ölçmə işləri artıq başa çatıb, 3,6 mln. hektar ərazidə irimiqyaslı çöl geobotaniki tədqiqat işləri yerinə yetirilib.
Torpaq sahəsində sərfəli əkin formulasını təyin etməyə imkan verən komitənin stasionar və mobil torpaq, bitki laboratoriyaları fəaliyyət göstərir. Ümumilikdə 2,9 mln. hektara yaxın ərazinin laboratoriya tədqiqatı işləri aparılıb, torpaq, şorlaşma və eroziya xəritələri hazırlanıb. 1 485 inzibati ərazi dairəsi sərhədləri dəqiqləşdirilmiş və xəritələr hazırlanaraq Milli Məclisə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR