Azərbaycanın ali təhsil müəssisələrinə proqram təminatı lisenziyaları ödənişsiz veriləcək

Azərbaycanın ali təhsil müəssisələrinə proqram təminatı lisenziyaları ödənişsiz veriləcək
# 02 avqust 2019 14:02 (UTC +04:00)

Azərbaycanın ali təhsil müəssisələrinə proqram təminatı lisenziyaları ödənişsiz təqdim olunacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə ali məktəblər üçün təşkil olunan tədbirdə Azərbaycanın bir çox təhsil ocaqlarının İT mütəxəssisləri iştirak ediblər. Tədbir zamanı təhsilə aid məhsullar barədə ətraflı məlumat verilib, sual-cavab sessiyası keçirilib.

Qeyd edək ki, “AzInTelecom” tərəfindən ödənişsiz təqdim edilən bu lisenziyalardan istifadə ali təhsil müəssisələrində İT sistemlərinin mərkəzləşdirilmiş qaydada idarə edilməsinə şərait yaradacaq.

Təhsil müəssisələrinin lisenziyalaşdırılması tələbə və müəllimləri lisenziyalarla təmin etməyə imkan verəcək. Hazırda tələbələr edulicense.az saytına daxil olaraq rahat şəkildə qeydiyyatdan keçib lisenziyanı heç bir ödəniş etmədən əldə edə bilərlər. Bu da ümumilikdə ölkə üzrə piratçılıq səviyyəsinin azalmasına gətirib çıxaracaq.

Nazirlik ölkədə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsi məqsədilə Microsoft şirkəti ilə əməkdaşlıq edir. AzInTelecom MMC Microsoft-la imzaladığı saziş çərçivəsində operator qismində bu sahədə fəaliyyət göstərir.

Saziş çərçivəsində təkcə ali təhsil müəssisələrində deyil, həm də dövlət sektorunda lisenziyaların verilməsi işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR