Azərbaycanın domen zonasında qeydiyyatdan keçən saytların sayı artıb

Azərbaycanın domen zonasında qeydiyyatdan keçən saytların sayı artıb
# 01 iyul 2019 09:55 (UTC +04:00)

Bu günədək Azərbaycanın milli domen zonasında (".az") 32 527 internet resursu qeydə alınıb.

APA-Economis” WHOIS portalına istinadən verdiyi məlumata görə, ilin əvvəlindən ".az" domenində qeydiyyatdan keçən saytların sayı 4,2% artıb. Qeydə alınmış saytların ümumi sayının 30 349-u birinci səviyyəli domen zonasında aiddir ki, bu da cari ilin əvvəlində olan göstəricini 12% üstələyir.

Ən məşhur ikinci səviyyəli domen “.com.az”dır. Bu domendə 1 221 sayt qeydiyyatdan keçib. Bu göstərici üzrə ilin əvvəlindən 4,7% artım müşahidə olunub.

Populyarlığa görə üçüncü yerdə isə “.edu.az” domeni qərarlaşıb. Bu domendə 432 sayt qeydiyyatdan keçib ki, bu da cari ilin əvvəlində olan göstəricini 17,7% üstələyir.

Digər domen zonalarında qeydiyyatdan keçmiş saytların pay bölgüsü:

Domen

Qeydiyyatdan keçmiş saytlar

pro.az

1

name.az

13

biz.az

24

pp.az

26

int.az

32

net.az

81

info.az

102

co.az

108

org.az

138

Qeyd edək ki, “.az” milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domeninin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR