Azərbaycanın dövlət qurumları daxili informasiya təhlükəsizliyini artırır

Azərbaycanın dövlət qurumları daxili informasiya təhlükəsizliyini artırır
# 06 may 2022 17:21 (UTC +04:00)

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tövsiyəsinə uyğun olaraq, 78 dövlət qurumu daxili informasiya təhlükəsizliyini təsdiq edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, Komissiya tərəfindən hazırlanan nümunəvi informasiya təhlükəsizliyi təlimatı dövlət qurumlarında informasiya təhlükəsizliyinin gücləndirilməsi, eləcə də əməkdaşların sahə üzrə məlumatlılığının artırılması məqsədi daşıyır.

Bu təlimatın dövlət qurumlarının hər birinin öz fəaliyyət istiqamətinə uyğunlaşdırması və tətbiq olunması üçün onlara metodiki yardım göstərilib və xüsusi təlimlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR