Azərbaycanın hava nəqliyyatı ilə sərnişin daşınmalarından gəlirləri kəskin artıb

Azərbaycanın hava nəqliyyatı ilə sərnişin daşınmalarından gəlirləri kəskin artıb
# 22 aprel 2022 14:23 (UTC +04:00)

Ötən il Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşınmalarından 635 109,8 min manat gəlir əldə olunub, bu da illik müqayisədə 85% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economis”ə verilən məlumata görə, 2020-ci ildə sözügedən göstərici 343 383,1 min manat təşkil edib.

Məlumata görə, hesabat dövründə hava nəqliyyatı ilə beynəlxalq əlaqədə sərnişin daşınmalarından 603 029,1 min gəlir əldə edilib ki, bu da 82,6% artım deməkdir. Daxili əlaqədə sərnişin daşınmalardan əldə edilən gəlir 32 080,7 min manat olub, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 145,9% çoxdur.

Qeyd etmək lazımdır ki, ötən il ölkədə hava nəqliyyatı ilə yük daşınmalarından 3 240 291,2 min manat gəlir əldə olunub, bu da illik müqayisədə 20,4% çoxdur. 2020-ci ildə bu göstərici 2 691 846,3 min manat səviyyəsində olub.

Məlumata görə, hesabat dövründə hava nəqliyyatı ilə beynəlxalq əlaqədə yük daşınmalarından 3 239 742,4 min gəlir əldə edilib ki, bu da 20,4% artım deməkdir. Daxili əlaqədə yük daşınmalardan əldə edilən gəlir 548,8 min manat olub, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 144,5% çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycanda hava nəqliyyatı ilə 1 132,4 min və ya illik müqayisədə 96% çox sərnişin daşınıb. Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 21,3% artaraq 556,6 min ton olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR