Azərbaycanın hava nəqliyyatı ilə sərnişindaşımalardan gəliri 2 dəfədən çox artıb

Azərbaycanın hava nəqliyyatı ilə sərnişindaşımalardan gəliri 2 dəfədən çox artıb
# 24 noyabr 2022 17:41 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 3 620 675,4 min gəlir əldə olunub, bu da illik müqayisədə 45,7% artım deməkdir.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 2 485 235,6 min manat olub.

Məlumata görə, hesabat dövründə hava nəqliyyatı ilə yük daşınmasından 2 767 082,5 min manat, sərnişin daşınmasından isə 853 592,9 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 31,5% və 2,2 dəfə çoxdur.

Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 1 656,6 min və ya 2,1 dəfə çox sərnişin daşınıb. Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 8,6% azalaraq 325 min ton olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR