Azərbaycanın peyk xidmətləri ixracı kəskin azalıb

Azərbaycanın peyk xidmətləri ixracı kəskin azalıb
# 29 aprel 2022 13:25 (UTC +04:00)

Bu ilin yanvar-mart ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 31 ölkəsinə 6,2 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 58,5% azdır.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86%-ni təşkil edib.
2022-ci ilin mart ayında isə “Azərkosmos” dünyanın 30 ölkəsinə 2,1 mln. dollar dəyərində xidmət ixrac edib. Martda peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 1,6 mln. dollar ilə Birləşmiş Krallıq, 1,1 mln. dollar ilə Fransa, 1,1 mln. dollar ilə Lüksemburq, 0,6 mln. dollar ilə BƏƏ və 0,4 mln. dollar ilə Pakistan qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR