Azərbaycanın peyk xidmətləri üzrə ixracı azalıb

Azərbaycanın peyk xidmətləri üzrə ixracı azalıb
# 01 iyul 2022 12:10 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında “Azərkosmos” tərəfindən dünyanın 33 ölkəsinə 10,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 36,1% azdır.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87%-ni təşkil edib. 2022-ci ilin may ayında isə “Azərkosmos” dünyanın 31 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-may ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 2,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,2 milyon ABŞ dolları ilə Fransa, 1,8 milyon ABŞ dolları ilə Lüksemburq, 1,1 milyon ABŞ dolları ilə BƏƏ və 0,6 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR