Azərbaycanın peyk xidmətlərindən əldə etdiyi gəlir azalıb

Azərbaycanın peyk xidmətlərindən əldə etdiyi gəlir azalıb
# 01 avqust 2022 12:06 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında “Azərkosmos” tərəfindən dünyanın 34 ölkəsinə 13,1 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə peyk operatorunun əldə etdiyi gəlir 8,9 mln. dollar və ya 40,4% azalıb.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87%-ni təşkil edib. 2022-ci ilin iyun ayında isə “Azərkosmos” dünyanın 32 ölkəsinə 2,3 mln. dollar dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-iyun ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 3,3 mln. dollar ilə Birləşmiş Krallıq, 2,8 mln. dollar ilə Fransa, 2,2 mln. dollar ilə Lüksemburq, 1,2 mln. dollar ilə BƏƏ və 0,7 mln. dollar ilə Pakistan qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR