Azərbaycanın peyk xidmətlərinin ixrac gəlirləri kəskin azalıb

Azərbaycanın peyk xidmətlərinin ixrac gəlirləri kəskin azalıb
# 30 sentyabr 2022 11:13 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında “Azərkosmos” tərəfindən dünyanın 36 ölkəsinə 17,2 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 44,1% azalıb.
“Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83%-ni təşkil edib. 2022-ci ilin avqust ayında isə “Azərkosmos” dünyanın 33 ölkəsinə 2,1 mln. dollar dəyərində xidmət ixrac edib.
2022-ci ilin yanvar-avqust ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 4,4 mln. dollar ilə Birləşmiş Krallıq, 3,5 mln. dolları ilə Fransa, 2,9 mln. dollar ilə Lüksemburq, 1,6 mln. dollar ilə BƏƏ və 956,7 min dollar ilə Pakistan qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR