Azərbaycanın peykləri rəsmi statistik məlumatların toplanılması üçün istifadə olunacaq

Azərbaycanın peykləri rəsmi statistik məlumatların toplanılması üçün istifadə olunacaq
# 02 iyul 2019 18:14 (UTC +04:00)

Azərbaycanın peyklərinin resurslarını rəsmi statistik məlumatların toplanılması üçün istifadə olunmasına dair təkliflər hazırlanacaq. "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
Onun sözlərinə görə, peyk resursları kənd təsərrüfatında, məsələn əkin sahələrinə aid olan statistik məlumatların toplanmasında və formalaşmasında istifadə oluna bilər.
“Eyni zamanda daşınmaz əmlak sahəsində peyk təsvirlərindən istifadə etməklə bu istiqamətdə statistikanı daha da genişləndirilmək mümkündür. Düşünürəm ki, bu növbəti bir mərhələnin məsələsidir”, - deyə T. Budaqov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR