Azərbaycanın rəqəmsal transformasiya konsepsiyası hazırlanıb

Rövşən Rüstəmov

© APA | Rövşən Rüstəmov

# 08 dekabr 2021 11:00 (UTC +04:00)

Azərbaycanın rəqəmsal transformasiya konsepsiyası hazırlanıb.

"APA-Economics" xəbər verir ki, bu barədə V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları ilə konsepsiya müzakirə olunub və hazırda sənəd hökumətdə baxılmaqdadır.

"Düşünürük ki, rəqəmsal transformasiya konsepsiyası sonunda bütün infrastrukturun bu şəkildə qurulmasına gətirib çıxaracaq ki, sürətli və keyfiyyətli şəkildə nağdsız ödənişlərin və digər tranzaksiyalar baş tutsun", - deyə R. Rüstəmov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR