Azərbaycanın vahid nəqliyyat və logistika konsepsiyası hazırlanıb

Rəşad Nəbiyev

© APA | Rəşad Nəbiyev

# 24 dekabr 2021 11:09 (UTC +04:00)

Azərbaycanın vahid nəqliyyat və logistika konsepsiyası hazırlanıb.

"APA-Economics" xəbər verir ki, bunu "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktik konfransda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, bu konsepsiyada hazırda işğaldan azad olunmuş ərazilərdə inşa edilən yolların stress testlərin nəticələri əks olunub.

"Stress testlər onu göstərir ki, 1 441 km uzunluğunda çəkiləcək yollar nəinki bu gün, 2041-ci ildə də ən pik saatlarda yalnız 61% yüklənəcək. Dünya orta göstəricisi təxminən 80%-dir. Bu, bir daha Azərbaycan hökumətinin sözügedən ərazilərdə gördüyü işlərin hansı koordinasiya ilə, hansı planlama ilə icra etməsinin bariz nümunəsidir", - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR