Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar artıb
# 20 iyul 2019 12:27 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanını nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 72,2 mln. ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə avtomobil nəqliyyatı ilə 848 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,9% artım qeydə alınıb.

Məlumata əsasən, sərnişinlərin 96%-i avtobus, 4%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR