"Azexport": Azərbaycanla Avropa arasında e-ticarət mübadiləsində qeyri-bərabərsizlik mövcuddur

"Azexport": Azərbaycanla Avropa arasında e-ticarət mübadiləsində qeyri-bərabərsizlik mövcuddur
# 30 sentyabr 2019 15:28 (UTC +04:00)

Azərbaycanın elektron ticarət (e-ticarət) sahəsində atdıqları addımlar Avropa bazarlarına nisbətən daha açıq və liberaldır.

Bunu “APA-Economics”ə "Azexport.az" portalının rəhbəri Zaur Qardaşov Avropa İttifaqının “EU4Digital” proqramının Azərbaycana verəcəyi imkanlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Avropa ilə Azərbaycan arasında elektron ticarət üzrə mal dövriyyəsində hələlik qeyri-bərabərsizlik mövcuddur: “Bu sahədə Azərbaycan Avropadan daha irəli gedib və Avropa bazarına nisbətdə ölkəmiz daha açıq və liberaldır. Belə ki, elektron kommersiya vasitəsilə Avropadan dəyəri 1 000 avroyadək mal alınaraq Azərbaycana gömrüksüz çatdırıla bilir, Avropada isə bu məbləğ 50 avroyadək limitlənir. Bu isə qeyri-bərabərsizlik deməkdir”.

Portalın rəhbəri əlavə edib ki, qeyd olunan məsələdən başqa texniki baryerlər də mövcuddur. Məsələn, meyvə qurusu, nar şirəsi və digər qida məhsulları e-kommersiya saytları ilə satılanda Avropada qəbul olunmur.

“Diqqət çəkən bir məsələ də ondan ibarətdir ki, Azərbaycana mal göndərilərkən uyğun qaydada ƏDV-nin geri qaytarılması təmin olunmur. Bütün bunlar əsas problemlərdir və Azərbaycan tərəfi Avropadan məhz bu məsələlərin mövcudluğundan gileylənir. Qeyd edim ki, ötən il Azərbaycana Avropanın e-kommersiya saytlarından 3 milyon ədəd bağlama daxil olub. Azərbaycandan isə Avropaya cəmi 1 000 bağama göndərilib. Fərq olduqca böyükdür. Əgər Avropa İttifaqının “EU4Digital” proqramı həqiqətən də vahid bazar, vahid məkan ideologiyasını irəli sürürsə, biz qeyd etdiyim məsələləri birgə müzakirə etməyə hazırıq”, - deyə Z. Qardaşov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR