Azərbaycanla Britaniya arasında avtomobil daşımaları haqqında saziş imzalanıb

Azərbaycanla Britaniya arasında avtomobil daşımaları haqqında saziş imzalanıb
# 23 fevral 2023 13:48 (UTC +04:00)

Azərbaycan, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında saziş imzalanıb.

"APA-Economics" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev paylaşım edib.

“Ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşdük. “Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş” imzaladıq. Saziş iki ölkə arasında qarşılıqlı ticarətin artımı üçün yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq.”, - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR