Azərbaycanla İran arasında Astaraçay üzərində körpünün tikintisinə dair memorandum imzalanacaq

Azərbaycanla İran arasında Astaraçay üzərində körpünün tikintisinə dair memorandum imzalanacaq
# 17 oktyabr 2019 17:43 (UTC +04:00)

Astaraçay üzərindəki körpünün tikintisi üzrə Azərbaycanla İran arasında memorandum imzalanacaq.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, Astara rayonunun ərazisindən İran sərhədinə qədər yeni marşrut üzrə yol artıq çəkilib.

“Astaraçay üzərindəki körpünün tikintisi məsələsi həll olunur. Bu ilin noyabrında İranın yol işçiləri ilə görüş keçiriləcək. Həmin görüşdə memoranduma qol çəkiləcək”, - deyə S. Məmmədov bildirib.

Onun qeydinə əsasən, körpü hazır olan kimi Azərbaycan tərəfi artıq sözügedən yolu istifadəyə verəcək. Beləliklə, o yol Astara şəhərinin daxilindən çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR