Azərbaycanla Monteneqro arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirməsi müzakirə olunub - FOTO

Azərbaycanla Monteneqro arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirməsi müzakirə olunub - FOTO
# 02 fevral 2023 22:15 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Monteneqro Hökumətinin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç ilə görüşüb.

APA xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında paylaşım edib.

"Bu gün ölkəmizdə səfərdə olan Monteneqro Hökumətinin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç ilə görüşdük. Nəqliyyat və innovasiyalar sahəsində mövcud ikitərəfli əməkdaşlıq məsələləri və əməkdaşlığın daha da genişləndirilməsini müzakirə etdik", - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR