Azərbaycanla Qazaxıstanı birləşdirən optik xəttin çəkilişi iki ilə tamamlanacaq

Azərbaycanla Qazaxıstanı birləşdirən optik xəttin çəkilişi iki ilə tamamlanacaq
# 04 may 2022 12:41 (UTC +04:00)

Qazaxıstan və Azərbaycanı birləşdirən Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi üzrə işlərin yaxın iki il ərzində başa çatdırılması nəzərdə tutulur.

APA-Economics” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənayesi naziri Bağdat Musin deyib.

Nazir bildirib ki, layihənin 1,5 - 2 il ərzində həyata keçirilməsi planlaşdırılır.

Ölkədə göstərilən internet xidmətlərinin keyfiyyətinə toxunan nazir bu məsələnin gündəmdə olduğunu və gələn ildən kənd yerləri üçün peyk internetinin istifadəyə veriləcəyini qeyd edib.

Qeyd edək ki, Azərbaycan-Qazaxıstan marşrutu üzrə 400 km uzunluqda fiber-optik xəttin çəkilişi Azərbaycan tərəfdən “AzerTelecom”, Qazaxıstan tərəfindən isə “KazTransCom” və “Transtelecom” telekommunikasiya operatorları tərəfindən icra olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR