Azərbaycanlı iş adamının şirkəti Rusiyada reaktiv raketlər üçün texniki kompleks inşa edəcək

Azərbaycanlı iş adamının şirkəti Rusiyada reaktiv raketlər üçün texniki kompleks inşa edəcək
# 10 yanvar 2023 17:21 (UTC +04:00)

Azərbaycan əsilli rusiyalı iş adamı Araz Ağalarovun “Crocus Group” şirkəti Amur vilayətindəki Vostoçnı kosmodromunda “Anqara” daşıyıcı raketinin yığılması və sınaqdan keçirilməsi üçün texniki kompleks inşa edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, Vostoçnı kosmodromunun direktoru Crocus qrupla 15,4 milyard rubl dəyərində tendersiz müqavilə imzalayıb.

“Roskosmos” baş podratçının seçilməsini şirkətin artıq kosmodromda tikinti və tikinti gücündə təcrübəyə malik olması ilə izah edib. Bildirilib ki, 2020-ci ilin sonunda “Crocus Group” kosmodromda hava limanının birinci mərhələsinin tikintisi üçün müqavilə alıb.

Texniki kompleks “Anqaranın” komponentlərinin yığılması və reaktiv daşıyıcının yoxlanılması üçün lazımdır. Oradan raketlər buraxılması üçün start kompleksinə çatdırılacaq. 2018-ci ildən tikilməkdə olan Anqara üçün buraxılış kompleksi bu il hazır olmalıdır, Vostochnı kosmodromundan ilk raketin buraxılışı dekabr ayına planlaşdırılır. 2022-ci ilin yayında buraxılış kompleksinin tikintisi üçün müqavilənin qiyməti 39 milyarddan 52 milyard rubla qədər artırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR