Azərbaycanlı mütəxəssislərin layihəsi İsveçrədə keçirilən müsabiqənin qalibi olub

Azərbaycanlı mütəxəssislərin layihəsi İsveçrədə keçirilən müsabiqənin qalibi olub
# 10 aprel 2019 09:22 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin (MHM) mütəxəssisləri tərəfindən hazırlanan və “Made in Azerbaijan” brendi altında təqdim olunan “Danışan kitabxana” (library.rabita.az) layihəsi beynəlxalq müsabiqədə “ Çempion layihə” mükafatına layiq görülüb. Bu barədə ONA-ya MHM-dən bildirilib.

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019 Mükafatları” (WSIS Prizes -2019) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində öz sahiblərinə təqdim olunub. Belə ki, “WSIS-2019” çərçivəsində keçirilən mükafatlandırma mərasimində “Çempion layihə” mükafatına müsabiqənin “Əlverişli mühit” nominasiyası üzrə MHM-nin təqdim etdiyi “Danışan kitabxana” layihəsi layiq görülüb.

“Danışan kitabxana”nın əsas məqsədi insanlara müasir, klassik və bədii ədəbiyyat nümunələrini dinləmək imkanı yaratmaqdır. İstifadəçilər 1541 nömrəsinə zəng etməklə müxtəlif janrlara aid əsərləri seçib dinləyə bilirlər. Hazırda audio kitabxanada mövcud olan kitabların sayı 300-dən çoxdur. Bu günə qədər bu xidmətdən yararlanmaq üçün 45 mindən çox müraciət qeydə alınıb. “Danışan kitabxana” daha çox görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR