"Azercell" 5G-nin istifadəsinə hazırlaşır

"Azercell" 5G-nin istifadəsinə hazırlaşır
# 05 oktyabr 2022 10:39 (UTC +04:00)

Azercell şirkəti özünün “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinin vacib hissəsi olaraq 5G şəbəkəsinin istifadəyə verilməsi məqsədilə 29 sentyabr 2022-ci il tarixində daxili sınaq prosesini uğurla başa çatdırıb.

Simsiz rabitə texnologiyasının beşinci nəsli abunəçilər, müəssisələr, qurğu və maşınlar arasında bağlantını genişləndirməyə imkan verən tam yeni səviyyəli şəbəkəni dəstəkləyir. Simsiz 5G texnologiyası daha yüksək Gb/s-li yükləmə sürəti, ultra-aşağı səviyyədə gözləmə, daha yüksək davamlılıq, geniş şəbəkə tutumunu və daha mütərəqqi istifadəçi təcrübəsini təmin edir.

5G şəbəkəsinin quraşdırılması Əşyaların İnterneti (IoT) texnologiyasının potensialını yüksəldərək daha az gözləmə müddətli daha yüksək bağlantıya şərait yaradacaq. 5G xidmətinin tətbiqi və genişləndirilməsi müəssisələr üçün texnoloji həll istiqamətlərini əsaslı şəkildə yüksəldəcək və ucdan-uca istifadəçi təcrübəsi üçün yeni üfüqlər açacaqdır.

Digər texniki hazırlıqlar da tamamlandıqdan sonra Azercell şirkəti 5G xidmətlərinin göstərilməsinə razılıq alınması üçün müvafiq qurumlara müraciət etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR