"Azercell" abunəçiləri üçün əlavə millər qazandıran yeni kampaniya keçirir

"Azercell" abunəçiləri üçün əlavə millər qazandıran yeni kampaniya keçirir
# 19 noyabr 2019 17:36 (UTC +04:00)

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” şirkəti “PAŞA Bank”la birgə abunəçilər üçün rouminq xidməti çərçivəsində əlavə millər qazanmaq imkan yaradan yeni kampaniya start verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu ilin noyabrın 1-dən 2020-ci il, yanvar ayının 31-dək “PAŞA Bank”ın “Miles&Smiles” kartının sahibi olan “Azercell” abunəçiləri rouminq xidməti çərçivəsində mobil xərclər üzrə ödədikləri hər 1 manata görə 5 mil əldə edəcəklər.

Həmçinin 31 yanvar 2020-ci il tarixinədək “Azercell”in rouminq internet paketlərindən birini aktivləşdirən abunəçilər səfər zamanı “WhatsApp” mobil tətbiqi üzərindən yazışmalardan pulsuz istifadə edə biləcəklər.

Qeyd edək ki, “Azercell” 54 ölkədə fəaliyyət göstərən 80-dan çox operatorun şəbəkəsində 4 fərqli rouminq internet paketlərini istifadəyə verməklə, abunəçilərini gözlənilməyən xərclərdən sığortalanmaq imkanı ilə təmin etmiş olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR