"Azercell" bölgələrdə yeni layihəyə başlayıb

"Azercell" bölgələrdə yeni layihəyə başlayıb
# 29 iyul 2019 12:54 (UTC +04:00)

“Azercell Telekom” şirkəti “Rəqəmsal dünya bölgələrdə” adlı yeni layihəyə start verib.

“Azercell”dən “APA-Economics”ə verilən məlumata görə, bu dəfə lider mobil operator Naxçıvandan başlayaraq, Ağdam, Bərdə, Tərtər, Mingəçevir, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Qazax, Şəki, Zaqatala, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Sumqayıt, Quba, Xaçmaz, Qusar, Sabirabad, Şirvan və Lənkəran kimi regionlara səfər edəcək və bununla da ölkədə rəqəmsal savadlılıq səviyyəsinin artırılması istiqamətində öz fəaliyyətini davam etdirəcək.

Texnoloji dünyaya inteqrasiyanı sürətləndirmək və ölkə daxilində 4G şəbəkəsini genişləndirmək üçün təkcə son altı ayda “Azercell” ölkədə telekommunikasiya sənayesinin inkişafına 63 mln. manatdan artıq sərmayə yatırıb. Nəticədə, 1 007 yeni LTE stansiyası quraşdırılıb və şirkətin ümumi stansiyalarının sayı 7 000-i keçib.

İyul-avqust aylarını əhatə edən “Rəqəmsal dünya bölgələrdə” layihəsinin iştirakçıları gündəlik insan həyatının texnoloji yeniliklər və mobil texniki cihazlar vasitəsilə daha da rahat və effektiv olmasının üstünlükləri ilə yanaşı, “Azercell”in yenilənmiş rəqəmsal həllər müxtəlifliyi ilə də tanış olmaq fürsəti əldə edəcəklər. Burada “Azercell”in yeni rəqəmsal məhsulları olan “Kabinetim” tətbiqi, “BuludCinema”, “TelekomTv” xidmətləri, mobil internet cihazları və www.azercellim.com onlayn bazası, rabitə xərclərinə qənaət etmək imkanını təklif edən “Sərbəst”, “GəncOL” və “Sadə” tarif paketləri təqdim ediləcək. Şirkətin yeni “Rəqəmsal dünyanı yarat” şuarı altında keçiriləcək bu tədbir çərçivəsində müxtəlif proqramlar, müsabiqələr, intellektual və əyləncəli oyunlar təşkil olunacaq və iştirakçılara hədiyyələr paylanacaq. “Azercell”in təşəbbüsü ilə yaradılan “İmzanı Tanıt” sosial kampaniyasının iştirakçıları da tədbirə dəvət ediləcəklər.

Bununla yanaşı, festival çərçivəsində “Azercell”in “Mobil Diş" və “Mobil Göz" klinikaları valideyn himayəsindən məhrum uşaqları, ehtiyacı olan ailələri və ahılları ziyarət edərək onlara təmənnasız müayinə və müalicə təşkil edəcək. “Azercell” uşaqlara hədiyyə olaraq məktəb ləvazimatları da paylayacaq.

Qeyd edək ki, şəbəkənin inkişaf etdirilməsi, o cümlədən ölkə üzrə 4G şəbəkəsinin gücləndirilməsi və genişləndirilməsi 2018-2019-cu illərdə şirkət fəaliyyətinin əsas prioriteti olmuşdur. Respublikanın bütün sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək üçün bu dövr ərzində ölkə üzrə LTE şəbəkəsinin əhatə dairəsini 61,4% genişləndirilərək, 4G xidmətinin aktiv olduğu bölgələrin sayını 57-ə çatdırılıb. Bu dövr ərzində 1 007 yeni stansiya qurulmuş, beləliklə də 4G stansiyalarının sayı 1 667-ə çatdırılıb, 171 stansiya təkmilləşdirilmiş, Bakı və Abşeron yarımadası tamamilə 4G şəbəkəsi ilə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR