"Azercell": İVİ tətbiqi 100 minə yaxın filmi izləmək imkanı verir

"Azercell": İVİ tətbiqi 100 minə yaxın filmi izləmək imkanı verir
# 08 oktyabr 2019 13:00 (UTC +04:00)

Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telekom” şirkətinin təklif etdiyi İVİ xidməti istənilən zövqə uyğun 100 000-dək filmi məkandan asılı olmayaraq, yüksək keyfiyyətdə izləmək imkanı verir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, İVİ xidmətindən günlük istifadə haqqı 0,40 manat, aylıq abunə haqqı isə 5,99 manat təşkil edir. Günlük abunə üçün “GUN”, aylıq abunə üçün “AY” açar sözünü 3333 qısa nömrəsinə göndərmək lazımdır.

İVİ-yə ilk dəfə qoşularkən, günlük abunə olan istifadəçilər 7 gün, aylıq abunə olan istifadəçilər isə 14 gün müddətində xidmətdən ödənişsiz istifadə edə biləcəklər. “iOS” və “Android” əməliyyat sistemlərini dəstəkləyən İVİ tətbiqini “AppStore” və ya “Google Play” vasitəsilə yükləmək mümkündür.

Qeyd edək ki, müxtəlif janrlarda filmləri özündə cəmləyən bu xidmət eyni zamanda 5 müxtəlif cihazda, ən əsası isə, reklam olmadan filmləri seyr etmək imkanı verir.

Xidmət barədə ətraflı məlumatı bu linkdən əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR