"Barama" fəaliyyətini İnnovasiyalar Agentliyində davam etdirəcək

"Barama" fəaliyyətini İnnovasiyalar Agentliyində davam etdirəcək
# 04 iyul 2019 16:42 (UTC +04:00)

“Azercell Telekom” MMC-nin "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzi operatorun brendi olaraq qalmaqla fəaliyyətini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnnovasiyalar Agentliyində davam etdirəcək.

“Azercell”dən “APA-Economics”ə verilən məlumata görə, İnnovasiyalar Agentliyi Mərkəzin gələcək fəaliyyət və inkişaf perspektivlərinə dəstək verməklə onun idarəetməsini həyata keçirəcək. Bunun nəticəsində təşkilati proseslərin səmərəliliyinin artırılması yolu ilə ölkədə sözügedən sistemin inkişafı üçün əlverişli şəraitin yaradılması və daha geniş imkanların təqdim edilməsi mümkün olacaq.

Qeyd edək ki, hazırda "Barama" 15 startapa dəstək göstərməkdədir. 2009-cu ildə “Azercell Telekom” tərəfindən yaradılan "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkədə sahibkarlıq mühitinin və startap sisteminin inkişafına öz dəstəyini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR