"Azercell"in dəstəyi ilə Bakıda V Uşaq Paralimpiya Oyunları keçiriləcək

"Azercell"in dəstəyi ilə Bakıda V Uşaq Paralimpiya Oyunları keçiriləcək
  • Clock-gray 16:40
  • calendar-gray 31 Oktyabr 2019

“Azercell Telekom” MMC və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin dəstəyi, Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə 14 noyabr tarixində Abşeron Olimpiya İdman kompleksində V Uşaq Paralimpiya Oyunları keçiriləcək.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, oyunlarda ölkənin müxtəlif bölgələrindən olan iştirakçılar 7 idman növündə yarışacaq. Yerli idmançılarla yanaşı, Gürcüstandan olan iştirakçılar da qalib gəlmək uğrunda mübarizə aparacaq. Ümumilikdə oyunlara 163 paralimpiyaçının qatılacağı gözlənilir.

Hər zaman sosial layihələrin təşəbbüskarı kimi tanınan “Azercell Telekom” MMC 2014-cü ildən etibarən Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyir. Bununla da şirkət sağlamlıq imkanları məhdud uşaqların və yeniyetmələrin cəmiyyətə inteqrasiyasına öz töhfəsini verir.

Qeyd edək ki, 2013-cü ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Komitənin fəaliyyətinin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması, onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasının təmin edilməsidir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date