Azercell-in “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi Gəncədə yekunlaşıb

Azercell-in “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi Gəncədə yekunlaşıb
# 27 avqust 2019 13:48 (UTC +04:00)

Azərbaycanın lider mobil operatoru Azercell Telekom-un iyul ayından başlayaraq “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında ölkənin müxtəlif regionlarında həyata keçirdiyi layihə öz yekun sədasını avqustun 26-da Gəncə şəhərindən yayımlayıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bütün Azərbaycanı yeni bağlantı erasına hazırlayan Azercell Telekom özünün 4G şəbəkəsini gücləndirərək və genişləndirərək son yarım ildə ölkə əhalisini əhatəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail oldu. Həmçinin, gündəlik LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək yüksəliş qeydə alınıb. Hazırda Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi Azercell-in 4G şəbəkəsinin əhatə dairəsində olub və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək.

Əsas hədəfi fəaliyyət göstərdiyi sahədə meydana gələn texnoloji trendləri hamı üçün əlçatan etmək olan Azercell Telekom iyulun 29-dan etibarən Gəncə də daxil olmaqla Naxçıvan, Ordubad, Şərur, Quba, Qusar, Xaçmaz, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Bərdə, Cocuq Mərcanlı kəndi, Mingəçevir, Yevlax, Lənkəran, Qazax, Tovuz, Şəmkir bölgələrində baş tutan “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi çərçivəsində keçirilən tədbirlərdə 130 000-ə yaxın insanı bir araya toplayıb.

Digər bölgələrdə olduğu kimi, Gəncədə də keçirilən əyləncəli tədbir öz ətrafına 20 000-dən çox şəhər sakinini toplayıb. Əhali tərəfindən böyük maraqla qarşılanan tədbirlərdə müasir interaktiv əyləncələr və intellektual oyunlar geniş yer alıb. Bununla yanaşı, budəfəki tədbirə İnnovasiyalar Agentliyinin startapçısı, “CustomAR” şirkətindən Fərid Davudov “Yüksəklik” oyunu ilə qatıldı . Təşkil edilən müsabiqə və oyunların iştirakçılarına Azercell tərəfindən müxtəlif hədiyyələr təqdim edilib. Layihə çərçivəsində iştirakçılar mobil qurğuların texniki imkanları, texnoloji yeniliklərin insan həyatını necə rahatlaşdıra biləcəyi haqda məlumatlandırılıb.

Qeyd edək ki, axşam saatlarında keçirilən genişmiqyaslı əyləncəli proqramla yanaşı, bu səfər də cəmiyyətə qayğı və sosial məsuliyyəti hədəf tutaraq ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə yerləşən SOS Uşaq Kəndi, qaçqın və məcburi köçkün düşərgələri, eləcə də, Gəncə şəhər Uşaq Evinin sakinlərini əhatə edib. Belə ki, Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Mobil Göz” və “Mobil Diş” klinikaları Gəncə SOS Uşaq Kəndində 70-dən çox uşağı müayinədən keçirib və ilkin müalicələr aparıblar. Kəndin balaca sakinlərinə, həmçinin, Azercell-dən məktəb ləvazimatları və hədiyyələr də paylanıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf" İctimai Birliyi ilə birgə Azercell-in nümayəndə heyəti, həm də, Gəncədə məskunlaşan Xocalı və Kəlbəcərdən olan məcburi köçkün ailələrini də ziyarət edib, onlara da öz hədiyyələrini təqdim edib.

Layihənin sosial məsuliyyət təşəbbüsləri Gəncədə yerləşən Uşaq Evini də əhatə edərək, yeni tədris ili ərəfəsində 70 uşağı yeni məktəb ləvazimatları ilə sevindirib.

Beləliklə, ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə keçirilən tədbirlə mobil operator müxtəlif regionlarda Azərbaycan əhalisinin rəqəmsal dünyanın yenilikləri ilə tanış olmasına, isti yay aylarında innovativ həllər vasitəsilə əyləndirilməsinə və sosial qayğıya ehtiyacı olan sakinlərin rifahının yüksəldilməsinə yönəlik tədbirlər silsiləsinə yekun vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR