"Azercell" ölkəyə gələn turistlər üçün xüsusi SİM-kart istifadəyə verib

"Azercell" ölkəyə gələn turistlər üçün xüsusi SİM-kart istifadəyə verib
# 17 sentyabr 2019 15:32 (UTC +04:00)

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom” şirkəti ölkəyə gələn turistlər üçün xüsusi SİM-kart təqdim edib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, turistlər mobil nömrələrin əldə etməsi üçün şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər. Xidmətə hotellərdə qoşulmaq mümkündür.

Xidmət daxilində turistlərə müxtəlif qiymətə olan paketlər təklif olunur. Məsələn, 3 Gb həcmində olan internet trafik paketinin qiyməti 20 manat, 5 Gb – 25 manat, 6 Gb – 30 manat, 10 Gb – 35 manat, 50 Gb paketin qiyməti isə 55 manat təşkil edir.

Qeyd edək ki, bu paketlər yalnız mobil internet trafikin istifadəsi üçün nəzərdə tutulub.

Əlavə olaraq 20 dəqiqə beynəlxalq danışıq və 10 Gb daxil internet trafiki olan paketin qiyməti 45 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR