Azercell yeni 4G MiFi kampaniyasını elan edir

Azercell yeni 4G MiFi kampaniyasını elan edir
# 03 avqust 2019 11:23 (UTC +04:00)

Lider mobil operatordan 4G MiFi cihazı alana Limitsiz internet və Mobil TV hədiyyə
Rəqəmsallığı gündəlik iş proseslərində və düşüncə tərzində əks etdirən Azercell Telekom bu yeni konsepsiyadan irəli gələrək abunəçiləri üçün müasir texnologiyanı daha əlçatan edir.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, yeni kampaniya çərçivəsində abunəçilərə həm 4G MiFi cihaz, həm də Limitsiz internet paketi ilə birlikdə 200 TV kanala pulsuz çıxış imkanı təqdim olunur.
Kampaniyaya qoşulan abunəçilərə cəmi 99 AZN müqabilində yeni 4G MiFi cihazı ilə yanaşı, 1 ay pulsuz Limitsiz İnternet və 1 ay ərzində Telekom TV-yə pulsuz abunəlik təqdim olunur. Bu təklif abunəçilərə həm yüksək sürətli internetdən dayanmadan istifadə etmək, həm istədikləri TV verilişləri, film və videoları doyunca izləmək imkanı verir.
Qeyd edək ki, 4G MiFi cihazından istifadə edərək eyni anda 10 istifadəçi 150 mb/s-dək internet sürətindən yararlana bilər. Mobil TV xidmətindən pulsuz faydalanmaq üçün App Store və ya Google Play-dən “Telekom TV” adlı mobil tətbiq yükləmək kifayətdir.
Yeni 4G MiFi kampaniyasına qoşulmaq üçün abunəçilər Azercell-in istənilən satış nöqtəsinə müraciət edə bilər.
Azercell Telekom abunəçilərini bu sərfəli paketə qoşulub rəqəmsal dünyanın yeni imkanlarından zövq almağa dəvət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR