"Azercell" yeni "iPhone" alanlara limitsiz internet hədiyyə edəcək

"Azercell" yeni "iPhone" alanlara limitsiz internet hədiyyə edəcək
  • Clock-gray 18:21
  • calendar-gray 18 Oktyabr 2019

Azərbaycanın mobil rabitə operatoru olan “Azercell Telekom” şirkəti “iPhone 11”, “iPhone 11 Pro” və “iPhone Pro Max” əldə edən abunəçilərə altı aylıq limitsiz internet paketi hədiyyə edəcək.

“Azercell”dən “APA-Economics”ə verilən məlumata görə, “Apple” şirkətinin Azərbaycandakı yeganə rəsmi telekom tərəfdaşı olan “Azercell Telekom” şirkəti “iPhone” brendinin pərəstişkarlarını yeni kampaniya ilə sevindirməyə tələsir. Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell” ən qabaqcıl texnologiyaları və istifadə rahatlığını özündə birləşdirən yeni “iPhone” modellərinin təqdim etdiyi imkanlardan yararlanmaq üçün abunəçilərə əvəzolunmaz fürsət verir.

Oktyabr ayının 18-dən etibarən “Azercell”in eksklüziv mağazalarında “iPhone 11”, “iPhone 11 Pro” və “iPhone Pro Max” telefonlarını əldə edən hər bir abunəçiyə altı ay ərzində limitsiz internet paketi hədiyyə olunacaq.

APA-Economics

Digər xəbərlər

Arxiv

date