"Azercell" yeni rəqəmsal layihəyə start verib

"Azercell" yeni rəqəmsal layihəyə start verib
# 04 noyabr 2019 18:06 (UTC +04:00)

Azərbaycanın aparıcı mobil operatoru uşaqları arzuolunmaz internet məzmunundan qorumaq üçün daha bir rəqəmsal layihəyə başlayıb. İnnovativ texnologiyalar vasitəsilə sosial məsuliyyət sahəsində təşəbbüslərini uğurla davam edən “Azercell Telekom”, dünyanın ən məşhur mobil ticarət həlləri təminatçısı “DOCOMO Digital” ilə “Azercell Kids” (kids.azercell.com) adlı həm təhsil, həm də əyləncə məzmunlu eksklüziv mobil tətbiqi istifadəyə verib.

“Azercell”dən “APA-Ecoomics”ə verilən məlumata görə, səkkiz yaşa qədər olan uşaqların 98%-inin ən azı bir mobil cihaz istifadə edilən ailələrdə yaşadığını nəzərə alaraq, son 12 ay ərzində “Uşaqlar və ailə” kateqoriyalı tətbiqlərin “Google Play” və “iOS” üçün dünya miqyasında 4.4 milyard dəfədən çox yükləndiyi təəccüblü deyil. Eyni zamanda valideynlər rəqəmsal məzmuna və təhlükəsizliyə nəzarətsiz giriş ilə bağlı problemlərdən çox narahatlıq keçirməkdə davam edir.

“Azercell Kids” (kids.azercell.com) xüsusilə bu cür problemləri aradan qaldırmaq və uşaqlara yaş filtrasiyası olan populyar rəqəmsal məzmunu təmin etmək üçün işlənib hazırlanıb.

“Azercell Kids” əlavəsinin köməyi ilə Azərbaycanda uşaqların maraq dairələrinə əsaslanan 40-dan çox yerli və xarici brendin məhsullarından ibarət xüsusi məzmunla tanış olmaq olar. Tam valideyn nəzarətindən əlavə, “Azercell Kids” valideynlərə övladlarının keçirdikləri vaxtı izləmək üçün idarəetmə paneli də təqdim edəcək. “Azercell Kids” həm internet üzərindən, həm də “iOS” və ya “Android” tətbiqetməsindən istifadə edilə bilər. “Azercell” abunəçiləri (fakturalı və fakturasız) “Azercell Kids” tətbiqinə rahat şəkildə qoşularaq yararlana bilər.

Xidməti aktiv etmək üçün abunəçi sadəcə olaraq telefon ekranında *304# YES qısa nömrəsini seçməli və “Appstore” yaxud “Google” play market-dən “Azercell Kids” əlavəsini yükləməlidirlər. “Azercell Kids” mobil tətbiqini aktivləşdirdikdən sonra müştərilər yeddi gün müddətində xidmətdən pulsuz istifadə edə bilər, sonrakı istifadə isə gündəlik olaraq 0,35 AZN təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR