"Azercell" yeni sosial şəbəkə paketlərini istifadəyə verib

"Azercell" yeni sosial şəbəkə paketlərini istifadəyə verib
# 06 sentyabr 2019 11:58 (UTC +04:00)

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom” şirkəti rəqəmsal məhsullarını genişləndirərək, korporativ müştəriləri üçün yeni “Biznesim” sosial şəbəkə paketlərini təqdim edib.

“Azercell”dən “APA-Economics”ə verilən məlumata görə, “Biznesim” tarif planı və digər aylıq biznes internet paketləri daxilində üç yeni aylıq paket təqdim edilir. Artıq “Azercell”in “Biznesim” sosial şəbəkə paketləri ilə sahibkarlar əsas internet paketini sərf etmədən, öz şirkətlərinin sosial media aktivliyini gücləndirə bilər.

Belə ki, real zaman rejimində məhdudiyyətsiz ünsiyyət, fasiləsiz bağlantı və müştərilərə daim dəstək olmaq üçün “Biznesim Çat” paketi xüsusi olaraq işlənib hazırlanıb.

Müştərilərlə hər bir anı bölüşmək və onları məlumatlı saxlamaq üçün “Biznesim Sosial” paketi limitsiz sayda paylaşım etmək və postlarla bölüşmək imkanı yaradır.

“Biznesim Media” paketi isə bütün digər paketlərə daxil olan tətbiqlərlə həyatı daha dinamik yaşamaq üçün nəzərdə tutulub.

“Azercell”in “Biznesim” sosial şəbəkə paketləri ilə “YouTube”, “Instagram”, “Facebook”, “WhatsApp”, “LinkedIn”, “Telegram” da daxil olmaqla, 12-dək müxtəlif sosial media kanallarından istifadə etmək mümkündür.

Qeyd edək ki, hər ay dünyada 3 milyarddan çox insan sosial mediadan istifadə edir və bu qaçılmaz bir trendə çevrilib.

“Biznesim Çat”, “Biznesim Sosial” və “Biznesim Media” sərfəli paketlərindən faydalanmaq üçün müvafiq olaraq B1, B2 və B3 mətnini 2525 qısa nömrəsinə göndərmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR