"Azercell" yeni "010" operator kodunu istifadəyə verəcək

"Azercell" yeni "010" operator kodunu istifadəyə verəcək
  • Clock-gray 11:02
  • calendar-gray 02 Avqust 2019

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" şirkəti yeni operator kodunu (prefiksi) istifadəyə verəcək. Bunu "APA-Economics"ə mobil rabitə sahəsindəki etibarlı mənbə deyib.

Operatorun yeni prefiksi "010" olacaq. Beləliklə, bundan sonra şirkət üç operator koduna ("050", "051" və "010") malik olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkətinin də yeni prefiksi istifadəyə verəcəyi gözlənilir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date