“AzerGold” QSC-yə yeni vəzifələr həvalə olunub

“AzerGold” QSC-yə yeni vəzifələr həvalə olunub
# 07 may 2022 19:15 (UTC +04:00)

“AzerGold” QSC-yə yeni vəzifələr həvalə olunub.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, “AzerGold” QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə 2022– 2024-cü illərdə Gəncəçay-Kürəkçay sahəsində (Çıraqlı-Zurnabad-Buzluq-Başqılaq) və Gədəbəy rayonu ərazisində (Qaradağ-Xarxar Cəyirçay sahələrində), 2022-2023-cü illərdə Göygöl rayonu ərazisində (Tülallar-Həsənlər sahəsi) axtarış işlərinin aparılmasını təmin etməlidir.

Eyni zamanda “AzerGold” QSC-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə 2022-2023-cü illərdə Daşkəsən dəmir qrupu yataqlarının ehtiyatlarının yenidən qiymətləndirilməsi və kəşfiyyat işlərinin aparılması, 2022-2024-cü illrədə Balakən-Zaqatala rayonlarında (Filizçay, Mazımçay və Katex sahələrində) geoloji axtarış və kəşfiyyat işlərinin aparılması, 2022-2024-cü illərdə isə Naxçıvan MR-də Göydağ-Ortakənd və Kükü-Zrnel və Ləkyətaq sahələrində geoloji axtarış və kəşfiyyat işlərinin aparılması həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR