“Azəriqaz”: Abonentlər öz cihazlarının texniki baxışını etməlidirlər

“Azəriqaz”: Abonentlər öz cihazlarının texniki baxışını etməlidirlər
# 18 noyabr 2022 11:41 (UTC +04:00)

SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonentlərə verilən qazın təzyiqində ciddi problem yoxdur.

"APA-Economics" xəbər verir ki, bunu İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qazın yanmasında, təzyiqin normal olmasında problemlərin yaranmaması üçün abonentlər tərəfindən istifadə edilən qaz cihazlarının texniki xidmətini də etməlidirlər ki, təzyiqlə bağlı problemləri yaranmasın.

“Qazın təzyiqi hazırda, mən demirəm ki, hər yerdə idealdır, amma SOCAR “Azəriqaz” İstehsalat Birliyinin abonentə verdiyi qazın təzyiqində ciddi problem yoxdur. O baxımdan, mən xahiş edirəm, abonentlər öz istifadə etdikləri cihazlarının texniki xidmətini həyata keçirsinlər ki, onların təzyiqlə bağlı problemləri yaranmasın”, - Eldəniz Vəliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR