“Azəriqaz”: Abonentlərin 100%-i sayğacla təmin olunub

“Azəriqaz”: Abonentlərin 100%-i sayğacla təmin olunub
# 30 dekabr 2022 12:04 (UTC +04:00)

SOCAR “Azəriqaz” İstehsalat Birliyi üzrə 2022-ci ilin əvvəlindən 600 minə yaxın dövri yoxlama müddəti bitmiş qaz sayğacı mövcud olub ki, artıq bunların 300 minə qədəri yenisi ilə əvəz edilib.

"APA-Economics" xəbər verir ki, bunu İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, gələn ilin əvvəlində yenidən hesabatlar çıxarılacaq və dövri yoxlama müddəti bitmiş və əvəz edilməli sayğaların sayı müəyyən ediləcək.

Rövşən Məhyəddinov əlavə edib ki, Azəriqaz 2,4 milyondan artıq abonentə xidmət göstərir və bunların 100%-i sayğacla təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR